Xəbərlər

NATO-nun Ukraynanın hava hücumundan müdafiə potensialının gücləndirmək öhdəliyi

“Rusiyanın Ukraynaya son hava hücumlarından sonra NATO-Ukrayna Şurası səfirlər səviyyəsində toplanıb”.

“Füyuzat”ın məlumatına görə, bu NATO-nun verdiyi açıqlamda qeyd olunub.

Açıqlamada müttəfiqlərin Rusiyanın Ukraynaya qarşı hava hücumlarının artırmasını və Rusiyanın Şimali Koreyadan aldığı ballistik raketlərdən və İrandan aldığı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsini qətiyyətlə pislədikləri və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklərinə söz verdikləri bildirilib.

Həmçinin bəyanatda müttəfiqlərin NATO vasitəsilə təxminən 1000 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi alacağı bildirilib. Eyni zamanda, İngiltərənin Ukraynaya təxminən 200 hava hücumundan müdafiə raketi göndərəcəyi də xatırladılıb və toplantıda bəzi müttəfiq ölkələr tərəfindən Ukraynaya 2024-cü il üçün milyardlarla avroluq əlavə qrantın müəyyən edildiyi bildirilib.

Sonda NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib: “Rusiya prezidenti Vladimir Putin iki ildir ki, Ukraynanı kütləvi hücumlarla yıxmağa çalışsa da, buna nail ola bilməyəcək. Rusiyanın təqib kampaniyası yalnız Ukraynanın əzmini gücləndirir”.