Xəbərlər

NATO ölkələri Ukraynaya çoxillik yardım haqqında razılığa gələ bilməyiblər

NATO ölkələri Ukraynaya hərbi yardım səyləri ilə bağlı çoxillik öhdəliklər barədə razılığa gələ bilməyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə DPA agentliyi Qərb dövlətlərinin nümayəndə heyətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, alyans üzvləri yalnız 2025-ci ilə qədər Kiyevə 40 milyard avro yardım ayrılması barədə razılığa gələ biliblər. Agentlik bəyan edib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyans tərəfdaşlarını Ukraynaya uzunmüddətli hərbi dəstək verməyə inandırmaq səylərində uğursuz olub.