Xəbərlər

NATO sammitinin yekun bəyannaməsi dərc olunub

NATO-nun kritik Vaşinqton sammitinin yekun bəyannaməsi dərc olunub. Bəyannaməyə əsasən, NATO-nun 2026-cı ildə keçiriləcək liderlər sammiti Türkiyədə baş tutacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Sammitin yekun bəyannaməsində Ukraynaya dəstək elan edilib. Həmçinin Çinə Rusiyaya verdiyi dəstəyi dayandırmaq barədə çağırış edilib.

Yekun Bəyannamədə 2025-ci ildə Hollandiyada keçiriləcək sammitdən sonra növbəti Liderlər Zirvəsinin Türkiyədə keçiriləcəyi açıqlanıb.