Bu gün Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşları Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşüb. Görüş çərçivəsində “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlunun “Niyə, nəyi, necə oxuyaq?” mövzusunda seminarı da keçirilib.
Qeyd edək ki, Əsəd Aslanoğlu tələbələrə mütaliə vərdişi və oxumağın insan həyatındakı rolu haqqında danışıb, tələbələrin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.








