2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.
Xatırladaq ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.