Xəbərlər

NBC: Vaşinqton görüşündə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunacaq

“Bazar ertəsi Vaşinqtonda keçiriləcək görüş, xüsusilə, Ukrayna üçün təhlükəsizlik təminatlarının necə ola biləcəyini müzakirə etməyə həsr olunacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC News” Avropa rəsmisinə istinadən məlumat yayıb.

“Avropa çox güman ki, gələcək sülh danışıqlarında iştirak etmək istəyəcək. Kiyev öz növbəsində bu görüşdən alyansın kollektiv müdafiə prinsipini təsbit edən NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq Ukraynaya görə mümkün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün istifadə etməyə ümid edir”, – məlumatda qeyd olunub.