Xəbərlər

Nepalda iki avtobus çaya aşıb, 65 nəfər itkin düşüb

Nepalda torpaq sürüşməsi nəticəsində iki avtobus çaya aşıb, 65 sərnişin itkin düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nepal polisinin sözçüsü Dan Bahadur Karki bildirib.

O qeyd edib ki, hadisə Katmandudan təxminən 86 kilometr qərbdə yerləşən Çitvan rayonunda baş verib.

“Katmandudan Qaura gedən avtobusda 41 nəfər, Birguncdan Katmanduya gedən avtobusda isə 24 nəfər olub. Həm avtobuslar, həm də sərnişinlər Trişuli çayında itkin düşüb”, – deyə məlumatda qeyd edilib.

Paytaxtdan 150 kilometr qərbdə yerləşən Kaski rayonunda torpaq sürüşmələri nəticəsində isə üç ev dağılıb, 10 nəfər həlak olub.