Xəbərlər

Nəqliyyat vasitələrinə yeni tariflər tətbiq olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Verilən məlumata görə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik; müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik olaraq dəyişəcək.

Qeyd edək ki, bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.