Xəbərlər

Netanyahu Baydenlə Qəzzadakı vəziyyəti müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona getməzdən əvvəl ABŞ Prezidenti Co Baydenlə qarşıdakı görüşdə Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə etmək istədiyini və İsrailə uzun illər göstərdiyi dəstəyə görə ona təşəkkür edəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Bu görüş hər iki ölkə üçün vacib olan məqsədlərə nail olmaq, qarşıdakı çətin aylarda necə irəliləyəcəyimizi müzakirə etmək, bütün girovlarımızın azad edilməsinə nail olmaq, HƏMAS-ı məğlub etmək, İranın şər oxuna qarşı çıxmaq, müharibə və qeyri-müəyyənlik dövründə bütün İsrail vətəndaşlarının təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etmək, İsrailin düşmənlərinə Amerika və İsrailin bu gün, sabah və hər zaman bir yerdə olduğunu bildirmək üçün vacibdir”, – Netanyahu söyləyib.