İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair qərarını tanımayacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Verilən məlumata görə, BCM Netanyahu və Qallantın Qəzza zolağında müharibə və insanlığa qarşı cinayətlər törətdikləri üçün həbsinə order verib.