“İranın nüvə proqramı üzrə istənilən razılaşma Tehranı nüvə silahı əldə etmək üçün uranı zənginləşdirmək imkanından məhrum etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Uğurlu razılaşma İranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum edən saziş olacaq. İranın hələ də nüvə silahına malik olmamasının səbəbi, mənim rəhbərliyim altında bir neçə İsrail hökumətinin uzun illər ərzində davamlı addımlar atmasıdır ki, bu da Tehranı bu məsələdə təxminən 10 il geri çəkdi. Biz Birləşmiş Ştatlarla sıx təmasdayıq. Dediyim kimi, bu və ya digər şəkildə İranın nüvə silahı olmayacaq. Buna nail olmağın bir yolu Tehrana bunu etməyə imkan verməyəcək razılaşma əldə etməkdir. Belə bir razılaşma İranın nüvə infrastrukturunu sıradan çıxaracaq. İranla razılaşmaya Tehranın ballistik raketlər hazırlamasının qarşısını almaq üçün də müddəa daxil edilməlidir”, – Baş nazir vurğulayıb.



