Xəbərlər

Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahına sahib olardı

“Əgər İsrail qarşısını almasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

“İranın nüvə silahına sahib olma potensialına heç bir şübhə yoxdur. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, onlar yəqin ki, 10 il əvvəl bu silaha sahib olardılar. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq”, – Netanyahu əlavə edib.