İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına İsrailin razılıq verməsi barədə məlumatları təkzib edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“N13 kanalının İsrailin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına razılıq verdiyi barədə xəbərləri yalandır. Bizim verdiyimiz qərar uşaqlara peyvənd vurulması üçün döyüşlərdə fasilələr yaratmaq deyil, yalnız bunun üçün Qəzza zolağında müəyyən yerlərin ayrılmasıdır”, – məlumatda bildirilib.