İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Netanyahu söhbət zamanı İsrail dövlətinin şimalında yaşayanlar üçün təhlükəsizlik bərpa olunana qədər Livanda atəşkəsə qarşı olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
“Söhbət zamanı baş nazir bəyan edib ki, o, Livanda təhlükəsizlik vəziyyətini dəyişməyəcək, ancaq onu əvvəlki vəziyyətinə qaytaracaq birtərəfli atəşkəsə qarşıdır. Baş nazir İsrailin şimal sərhəddində dinc əhalini təhdid edə bilməməsi və şimalda yaşayanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün Hizbullah terror təşkilatına qarşı hərəkət etdiyini vurğulayıb”, – Netanyahu əlavə edib.
Bundan əlavə, Netanyahu İsrailin bu məqsədlərə çatmayan və Hizbullahın yenidən təşkili və silahlanmasına mane olmayan heç bir razılaşmanı qəbul etməyəcəyini açıqlayıb. Söhbət zamanı İsrailin Baş naziri həmçinin Fransa Prezidentinin Parisdə Əlcəzair və Cənubi Afrikanın iştirakı ilə Livan üzrə konfrans keçirmək niyyətindən “çaşdığını” ifadə edib.
Netanyahunun Makronla telefon danışığından sonra İsrail Baş nazirinin ofisi “Fransa prezidentinə xatırlatma” başlıqlı izahat yayıb. İzahatda deyilir: “İsrail dövləti müstəqilliyini BMT-nin qərarı nəticəsində deyil, Müstəqillik Müharibəsində qazanılan qələbə nəticəsində, bədəlini Holokostdan sağ çıxan və ya kollaborasiyaçılardan qaçan cəsur döyüşçülərin qanı ilə qazanıb. Xatırladaq ki, son onilliklər ərzində BMT yeganə İsrail dövlətini mövcud olmaq hüququndan və özünü müdafiə etmək qabiliyyətindən məhrum etmək məqsədi ilə İsrail dövlətinə qarşı yönəlmiş yüzlərlə antisemit qətnamələr qəbul edib”, – Netanyahunun ofisi əlavə edib.