İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun digər ölkələrə etdiyi İsrail dövlətinə silah tədarükünü məhdudlaşdırmaq çağırışını biabırçılıq adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Netanyahu “Le Figaro” qəzetinə müsahibəsində deyib.
“Baxmayaraq ki, biz Fransadan silah almırıq, amma, mən bu çağrışı biabrçılıq hesab edirəm. Ümid edirəm ki, Fransa siyasətini dəyişəcək və biz Livanın sabitliyi, eləcə də digər regional məsələlərdə birgə işləyəcəyik”, – Netanyahu vurğulayıb.