“Razılaşmanın ciddi şəkildə pozulması halında orduya genişmiqyaslı müharibəyə hazırlaşmağı tapşırmışam”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livanla atəşkəsdən sonra deyib.
“İsrail Müdafiə Qüvvələrinə atəşkəs pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmaq göstərişi verdim. Biz atəşkəs razılaşması pozularsa, genişmiqyaslı müharibəyə keçəcəyik”, – Baş nazir əlavə edib.