“ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtması Yaxın Şərqdə qüvvələr balansını dəyişib”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Trampın Ağ Evə qayıdışı İrandan gələn təcavüzü boğmaq istəyənlərə böyük dəstək verir. Bu, İsraili və Yaxın Şərqin fərqli olmasını, firavan və dinc Yaxın Şərqə sahib olmaq istəyənləri ruhlandırır. Düşünürəm ki, bu, dünya nizamını və Yaxın Şərqdəki nizamı mütləq dəyişəcək”, – İsrailin Baş naziri “Fox News” telekanalına müsahibəsində bildirib.



