Xəbərlər

Netanyahu və Blinken Qüdsdə görüşüb

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman söyləyib.

Həmçinin qeyd edilib ki, bazar ertəsi Blinken İsrail Prezidenti İsaak Hersoqla görüşüb və Qəzza zolağı ilə bağlı danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsin təmin edilməsi üçün son şans olduğunu deyib.