Xəbərlər

Netanyahunun məhkəməsi Qəzzaya endirilən zərbələrə görə ləğv edilib

İsrail məhkəməsi Qəzza zolağında döyüşlərin yenidən şiddətlənməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı iş üzrə təyin edilmiş iclası ləğv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Baş nazir Baş Prokurorluğun razılığı ilə müvafiq vəsatət qaldırıb və məhkəmə onu təmin edib. Məhkəmənin qarşıdakı iclasda Baş nazirin ifadəsini dinləyəcəyi planlaşdırılıb.

Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatına məxsus hədəflərə irimiqyaslı zərbələr endirdiyini bildirib.