Xəbərlər

Niderland Fələstinlə təhlükəsizlik razılaşmasını yekunlaşdırır

Niderland təhlükəsizliyinin gücləndirilməsi üçün Fələstinlə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Niderland hökuməti məlumat yayıb.

Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə, sənədlərin və şəxsiyyət vəsiqələrinin saxtalaşdırılması kimi cinayətlərlə mübarizədə, eləcə də axtarış və xilasetmə əməliyyatlarında məlumat mübadiləsi aparacaqlar.

Sənədi Niderlandın Müdafiə Nazirliyinin fəaliyyətdə olan rəhbəri Kajsa Ollongren və Fələstinin daxili işlər naziri Ziyad Habb əl-Rih imzalayıblar.

Hollandiya həmçinin ABŞ və Avropa İttifaqının Fələstinin təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən polis və təhlükəsizlik işçilərinin təlimlərində iştirak edir.