Xəbərlər

Niger Ukrayna ilə diplomatik əlaqələri kəsib

Nigerin keçid hökuməti Maliyə hücumları təşkil etdiyi iddiasına görə Ukrayna ilə diplomatik əlaqələri kəsib.

“Füyuzat”ın məlumatına görə, bunu Niger keçid hökumətinin sözçüsü Amadou Abdramane deyib.

Qeyd edilib ki, Niger hökuməti vəziyyətin ciddiliyini və Ukraynanın Maliyə qarşı təcavüzdə iştirakının “etiraf edildiyini” nəzərə alaraq, Mali hökuməti və xalqı ilə tam həmrəy olduğunu göstərmək məqsədilə bəzi tədbirlər görüb.