Nigeriyada bu il güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 228 nəfər həyatını itirib, 495 nəfər yaralanıb, 114 nəfər isə itkin düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) məlumat yayıb.
Qeyd edilib ki, bu il ölkənin 25 ştatında güclü yağışlar yağıb və bu, daşqınlara səbəb olub.



