Nigeriyanın Niger əyalətində sərnişin qayığının batması nəticəsində azı 60 nəfər ölüb. 10 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Səlahiyyətlilər öldürülənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.
Verilən məlumata görə, qayıq su altında qalmış ağac gövdəsinə dəydikdən sonra aşıb.
Hadisə ilə bağlı araşdırma işi davam edir.



