Xəbərlər

Nikol Paşinyan İrana səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasına işgüzar səfərə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

Paşinyanı Mehrabad hava limanında İranın vitse-prezidenti Davud Mənzur qarşılayıb.

Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla İranın ali dini lideri Ayətullah Əli Xamenei arasında görüş baş tutub.

Qeyd edək ki, Paşinyan Tehranda İran Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunan dəfn mərasimində iştirak edib.