Xəbərlər

Niyə yorğunuq? – 9 tibbi səbəb

Son vaxtlar özünüzü yorğun və zəif hiss edirsiniz? Bu vəziyyət iş həyatınıza, dostlarla münasibətlərinizə, bir sözlə, sosial həyatınıza təsir edəcək həddə çatıb?

Yorğunluq əlamətləri insandan insana dəyişə bilər, lakin ümumi simptomlara daimi yorğunluq hissi, gündəlik işləri yerinə yetirməkdə çətinlik, diqqəti cəmləməkdə çətinlik, iştahsızlıq və ya həddindən artıq iştah, əsəbilik, əzələ və oynaq ağrıları, yuxu problemləri, yuxusuzluq, zəifləmə daxildir.

“Füyuzat”ın məlumatına görə, yorğunluq probleminin əsas səbəbləri aşağıdakılardır:

Yuxu pozğunluqları:
Keyfiyyətsiz yuxu və yuxu apnesi kimi vəziyyətlər yorğunluq hissinə səbəb ola bilər. Yorğunluq yuxu keyfiyyətini poza bilsə də, yuxunun pozulması da yorğunluğun səbəbi ola bilər.

Stress və narahatlıq:
Xroniki stress və narahatlıq fiziki və zehni enerjini zəiflədə, yorğunluğa səbəb ola bilər.

Balanssız və nizamsız qidalanma:
Qeyri-sağlam qidalanma vərdişləri yorğunluğa səbəb ola bilər.

Fiziki fəaliyyətin olmaması:
Müntəzəm məşq etməmək nəticəsində orqanizmdə enerji azala bilər.

Asılılıqlar:
Alkoqol, siqaret, maddə asılılığı yorğunluğa səbəb ola bilər.

Tibbi problemlər:
Anemiya, vitamin və mineral çatışmazlığı, tiroid problemləri, diabet, ürək xəstəlikləri, xroniki yorğunluq sindromu, infeksiyalar, dərmanlar və xərçəng kimi xəstəliklər yorğunluğa səbəb ola bilər.

Mənbə: CNN Türk