Norveç Belarusa qarşı əlavə sanksiyalar tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Norveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Norveç bazar ertəsi, oktyabrın 7-si Belarusa qarşı əlavə sanksiyalar tətbiq etdi. Yeni sanksiyalar Avropa İttifaqının 29 iyun 2024-cü ildə Belarusa qarşı gördüyü tədbirlərə əlavədir. Sanksiyalar əhatəlidir və ölkənin bir sıra sektorlarını əhatə edir. Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyalar Belarusa da şamil edilir”, – məlumatda qeyd olunub.