Xəbərlər

Norveç Fələstin dövlətini tanımağa hazırlaşır

Norveç Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Norveç hökumətindən bildirilib.

“Norveç hökuməti ölkənin Fələstini bir dövlət kimi tanımasına qərar verdi. On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında israillilər və fələstinlilər üçün eyni siyasi həll təklif edən yeganə alternativi seçməliyik: İki dövlət yan-yana, sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar”, – məlumatda qeyd edilib.

Norveçin Baş naziri vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək vasitəsidir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell aprelin sonunda bildirib ki, bir neçə Avropa İttifaqı ölkəsi may ayının sonuna qədər Fələstin dövlətini tanıyacaq. Fələstin Dövləti hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 143-ü tərəfindən suveren dövlət kimi tanınır.