Norveçin xarici işlər naziri Espen Bart Eide Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan məhdudiyyətlərin aradan qaldırılmasına məmnunluğunu ifadə edərək, bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını vurğulayıb.