“Norveç 2025-2026-cı illərdə Ukraynaya 8,45 milyard dollar ayırmaqla bu ölkəyə yardımı davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Norveçin Baş naziri Conas Qahr Stor Ukraynaya səfəri zamanı bildirib.
O əlavə edib ki, Norveç iki “Patriot” sisteminin tədarükünü dəstəkləyəcək.
Stor vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinin əsas təminatı onun müdafiə qabiliyyətinin gücləndirilməsidir.



