Xəbərlər

NYT: ABŞ İsrailin İrana zərbə endirmək planını dəstəkləməyib

“İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı, lakin ABŞ prezidenti Donald Tramp bu addımı dəstəkləmədiyi üçün plandan imtina etdi”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

“İsrail ABŞ-ın hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və İsrail dövlətini İranın mümkün cavab zərbəsindən müdafiə edəcəyinə əmin idi. Hücumun məqsədi Tehranın nüvə silahı yaratmaq səylərini ən azı bir il iflic etmək idi. Bununla belə, Tramp İranla fikir ayrılıqlarının diplomatik yolla həlli istiqamətində kurs tutub və aprelin əvvəlində İsraili ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumatlandırıb. Amerika lideri bu məsələni Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə qaldırıb”, – məlumatda bildirilib.