ABŞ və Cənubi Koreya rəsmiləri nüvə təhlükəsinin qarşısının alınmasını müzakirə etmək üçün hərbi rəsmilər arasında yüksək səviyyəli görüşü təxirə salıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə The New York Times (NYT) Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
“Dekabrın 4-də nüvə təhlükəsinin qarşısının alınması məsələləri ilə bağlı görüşün keçirilməsi planlaşdırılırdı, lakin Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra onun təxirə salınması qərara alınıb”, – məlumatda bildirilib.