Xəbərlər

NYT: Amerikalıların “DeepSeek”ə girişinə qadağa qoyula bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalıların Çinin “DeepSeek” şirkətinin chatbotuna girişini əngəlləyən tədbirləri nəzərdən keçirir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

“ABŞ hakimiyyəti “DeepSeek”in Amerika texnologiyalarını, xüsusən də süni intellekt (AI) texnologiyaları üçün çipləri almasına qadağa qoymağı da nəzərdən keçirir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti Çinə mikroçiplərin ixracına da məhdudiyyətlər tətbiq edib.