Xəbərlər

NYT: Tramp və Harrisin seçici dəstəyi eyni səviyyədədir

ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp və onun demokrat rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Araşdırmaya görə, respondentlərin 48%-i Trampı, 47%-i isə Harrisi dəstəkləyir.