Xəbərlər

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi açılıb

Nyu-Yorkda 130-dan çox dövlət başçısı və 100-dən çox xarici işlər nazirinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsinin başlandığı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, beş gün ərzində yüksək səviyyəli rəsmilər münaqişələrin qarşısının alınmasını və həllini, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəni, sosial-iqtisadi inkişafı və dövrümüzün digər qlobal problemlərini müzakirə edəcəklər.