Xəbərlər

Öcalan: PKK dövlət qurmaq məqsədindən artıq əl çəkib

“Əldə olunan hazırkı razılaşma dəyərli və tarixi hesab edilməlidir. Tərk-silah istiqamətində daha praktik və qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir. PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib”.

“Füyuzat”ın məlumatına görə, bunu ləğv olunmuş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edərək bildirib.

Qruplaşma başçısı DEM Partiyanın Türkiyə Böyük Millət Məclisindəki digər partiyalarla birlikdə tərk-silah prosesinin uğurla həyata keçirilməsi üçün üzərinə düşəni edəcəyini vurğulayıb:

“Gəlin mənim çağırışıma, qurultay qərarlarına, eləcə də səsləndirdiyim fikir və təkliflərə uyğun olaraq qarşıdakı dövrə başlayaq, uğura söykənərək irəliləyişə nail olaq”, – Öcalan əlavə edib.