“İsrail hökumətinin bombardmanları və humanitar yardımın qarşısının alınması da daxil olmaqla etdiyi hərəkətlər Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri ən pis humanitar böhrana gətirib çıxarıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“İntensiv hərbi əməliyyatlar, əhalinin yerdəyişməsi ilə bağlı qərarlar, bütün yardım və kommersiya yüklərinin ölkəyə girişinə qoyulan blokadalar və humanitar yardımın göstərilə biləcəyi məkanın azaldılması Qəzza zolağında humanitar böhranın 2023-cü ilin oktyabrından bəri ən pis vəziyyətdə olacağı anlamına gəlir”, – məlumatda bildirilib.



