Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat verib.
Məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Qeyd edək ki, avqustun 19-u Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri səbəbindən suyun verilməsi dayandırılmışdı.