Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) gələn həftə Suriyaya ölkədə hakimiyyətin keçidi zamanı insan hüquqlarına riayət olunmasını təmin etmək üçün kiçik bir qrup göndərəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT nümayəndəsi Təmin Əl-Khitan Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, heyətin işi insan hüquqlarına hörməti təşviq etmək və Suriyada hakimiyyətin keçidinin inklüziv və beynəlxalq hüquq çərçivəsində olmasını təmin etmək olacaq.
Diplomat əlavə edib ki, OHCHR-in regionda mövcudluğunun artmasına başlamaq vacibdir.