Xəbərlər

Ölkə.Az 11 yaşını qeyd edir

Bu gün Ölkə.az xəbər saytı fəaliyyətə başlamasının 11 illiyini qeyd edir.

“Füyuzat”ın məlumatına görə, xəbər portalı 2014-cü ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Sayt qısa müddət ərzində sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını yerinə yetirir.

“Füyuzat” ailəsi olaraq Ölkə.az kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!