Xəbərlər

“Ölüm tələsi” sosial çarxın təqdimat mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxın təqdimat mərasimi keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, mərasim 26.10.2024 tarixində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda baş tutacaq.

Sosial çarxın mövzusu Qarabağda erməni işğalı dövründə və ondan sonra da davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılar haqqındadır. Layihədə minalanmış ərazilərdə davam edən təhlükələr, bu təhlükələrə qarşı görülən işlər barədə maarifləndirici məlumatlar işlənib.

Ekspert və rəsmilərin mina təhlükəsi barədə fikirləri, mina təhlükəsindən qorunmağın yolları barədə məlumat mübadiləsi video-çarxın əsas mövzularındandır.