Xəbərlər

Oman XİN: ABŞ-İran nüvə danışıqlarının altıncı raundu keçiriləcək

“ABŞ və İran arasında nüvə üzrə danışıqların altıncı raundu bazar günü, iyunun 15-də Maskatda keçiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.

“İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam”, – nazir qeyd edib.