Xəbərlər

Omanın XİN: İsrailin İrana hücumu nüvə danışıqlarına mane olur

“İsrailin İrana hücumu qəbul edilməzdir. Bu hücum genişmiqyaslı münaqişəyə səbəb ola bilər ki, bu da Vaşinqton və Tehran arasında nüvə ilə bağlı danışıqlara mane ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə danışıqlar prosesində vasitəçilik edən Oman Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

“Bu hücum İran İslam Respublikası və ABŞ arasında nüvə danışıqlarının bərpası üzrə beynəlxalq səylərin gücləndiyi çox həssas bir vaxta təsadüf edir. Bu, diplomatik prosesi pozmaq və regional və beynəlxalq sabitlik üçün dəhşətli nəticələrə səbəb olacaq daha geniş münaqişəni təhrik etmək üçün məqsədyönlü cəhdi açıq şəkildə nümayiş etdirir”, – bəyənatda bildirilib.