Xəbərlər

OPEC+ ölkələri neft hasilatını azaldıb

OPEC+ ölkələri neft hasilatının bərpasını daha bir ay təxirə salmağa qərar verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə OPEC-in saytında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd edilib ki, səkkiz ittifaq ölkəsi dekabrın sonuna qədər könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaltmağa davam edəcək.

Hasilatın bərpası tədricən oktyabrda başlamalı idi, lakin sentyabrda OPEC+ bunu iki ay, dekabr ayına qədər təxirə salmaq qərarına gəlib.

Verilən məlumata görə, könüllü olaraq hasilatı azaltmağa davam edən ölkələrə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxildir.