Xəbərlər

Orban: ABŞ Ukraynada sülh, Aİ isə müharibə istəyir

“ABŞ-ın yeni administrasiyası və Avropa İttifaqı (Aİ) rəhbərliyinin Ukraynadakı münaqişəyə yanaşması fərqlidir: Vaşinqton indi sülh yolu ilə nizamlanmanın, Brüssel isə müharibənin davam etdirilməsinin tərəfdarıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropalılar deyirlər ki, ukraynalıların Rusiyaya qarşı müharibədə qalib gəlməsi üçün sanksiyalar saxlanılmalı və hətta gücləndirilməlidir. Dünən ABŞ-ın dövlət katibi Marko Rubio uzun müsahibəsində deyib ki, “hər kəsi aldatmaq ədalətsizlik olardı. Ukraynalılar bu müharibədə qalib gələ bilməzlər”. Ona bu müsahibəyə görə təşəkkür edirəm, çünki bu, amerikalıların sanksiyalar deyil, sülh, avropalıların isə sülh deyil, sanksiyalar istədiyini göstərdi”, – Baş nazir vurğulayıb.