“Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəsə nail olmaq ideyalarını rədd edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Mən avropalılara açıq şəkildə bildirdim ki, biz Çinlə qarşılıqlı əlaqə qurmalı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında əlaqə yaratmalıyıq. Belə bir atmosfer yarada bilmədim, çünki Aİ bunu rədd etdi. Müharibəni davam etdirmək və Rusiyanı məğlub etmək onların mövqeyidir”, – Orban bildirib.