“Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Enerji qiymətləri bütün mümkün vasitələrlə aşağı salınmalıdır. Bu o deməkdir ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmalıdır, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri azalmayacaq”, – hökumət başçısı qeyd edib.