Xəbərlər

Orban: Aİ-nin Ukrayna münaqişəsində sülh yoluna keçməsi an məsələsidir

“Avropa İttifaqında (Aİ) hələ də müharibə psixozu və Ukraynada münaqişəni davam etdirmək istəyi var, lakin Aİ ölkələrinin əksəriyyətinin liderləri sülh yoluna üz tutmalı olacaqlar. Bu sadəcə zaman məsələsidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxış edərkən deyib.

“ABŞ-ın Ukrayna münaqişəsini həll etmək səyləri fonunda Avropada müharibə psixozuna son qoymaq yaxşı olardı. Ümid edirəm ki, avropalılar başa düşəcəklər ki, ABŞ olmadan Ukraynaya dəstək mənasızdır. Birləşmiş Ştatlarsız Ukraynanın heç bir halda indiki mövqeyini saxlamaq şansı yoxdur, nəinki itirilmiş ərazilər geri alınsın”, – hökumət başçısı bildirib.