Xəbərlər

Orban: Aİ rəhbərliyi Avropanın gələcəyini məhv edə bilər

“Avropa İttifaqının (Aİ) indiki rəhbərliyi Avropanın gələcəyini məhv edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropa problemdədir, 10 il əvvəlkindən daha da pisləşib. Küçələr daha təhlükəli olub, miqrantlar dinc avropalıları qorxu içində yaşamağa məcbur edirlər”, – o bildirib.

Orban qeyd edib ki, Aİ sülhü qorumaq üçün yaradılıb, lakin Rusiya ilə Ukrayna arasında münaqişə zamanı Brüssel özü sülhməramlıdan daha çox təcavüzkar dövlətə çevrilib, bürokratlar isə Avropa iqtisadiyyatını məhv edir.