Xəbərlər

Orban: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək hüququna layiq deyil

“Avropa İttifaqı (Aİ) rəhbərliyi hələ də Rusiya və ABŞ-la Ukrayna üzrə danışıqlar masasına oturmaq hüququ qazanmayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın telefon danışığından sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatını şərh edərkən deyib.

“Bu bəyanat Brüssel rəhbərliyinin səriştəsizliyinin sübutudur. ABŞ və Rusiya prezidentləri sülh danışıqları apararkən, Aİ rəsmiləri faydasız bəyanatlar verir. Siz danışıqlar masasına gətirilməyi tələb edə bilməzsiniz. Bunu güclə, yaxşı liderlik və ağıllı diplomatiya ilə qazanmalısınız!” – Orban qeyd edib.