Xəbərlər

Orban fon der Leyeni Avropa Komissiyasının sədri vəzifəsindən istefa verməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyeni korrupsiya ittihamına görə istefaya çağırıb.

“Füyuzat”ın məlumatına görə, Orban bu barədə “X” hesabında paylaşım edib.

“Getmək vaxtı gəldi”, – deyə Orban qeyd edib.

Qeyd edək ki, iyulun 10-da Strasburqda AK rəhbərinə etimad səsverməsi keçiriləcək.